İQTİSADİYYAT


Üç rübdə ÜDM istehsalı 52 milyard manatdan çox olub

Bakı, 16 oktyabr, AZƏRTAC

Cari ilin yanvar-sentyabr aylarında ölkәdә 52 milyard 74 milyon manatlıq vә ya әvvәlki ilin eyni dövrü ilә müqayisәdә 3,9 faiz az ümumi daxili mәhsul (ÜDM) istehsal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyatın qeyri-neft-qaz sektorunda әlavә dәyәr 2,4 faiz, neft-qaz sektorunda isә 6,4 faiz azalıb. ÜDM istehsalının 34,7 faizi sәnaye, 11,4 faizi ticarәt, nәqliyyat vasitәlәrinin tәmiri, 7,6 faizi kәnd tәsәrrüfatı, meşә tәsәrrüfatı vә balıqçılıq, 7,4 faizi nәqliyyat vә anbar tәsәrrüfatı, 6,3 faizi tikinti, 2 faizi informasiya vә rabitә, 1,3 faizi turistlәrin yerlәşdirilmәsi vә ictimai iaşә sahәlәrinin, 19,1 faizi digәr sahәlәrin payına düşüb. Mәhsula vә idxala xalis vergilәr ÜDM-in 10,2 faizini tәşkil edib.

Әhalinin hәr nәfәrinә düşәn ÜDM 5222,5 manata bәrabәr olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.