İDMAN


Üç şahmatçımız dünya kubokunda tay-breyk partiyalarına start verib

Bakı, 15 sentyabr, AZƏRTAC

Sentyabrın 15-də Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin otuzikidəbir final mərhələsində tay-breyk partiyalarına start verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov rusiyalı Sənan Syugirovla, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezlə, Eltac Səfərli isə hindistanlı Sarin Nihala tay-breykdə mübarizə aparır.

Xatırladaq ki, beş şahmatçımızın qatıldığı dünya kuboku yarışlarında Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə məğlub olaraq mübarizəni dayandırıb.

Dünya kubokunun finalına adlayan şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçıların turnirində iştirak etmək hüququ qazanacaqlar.

FIDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, təşkilatçıların xüsusi dəvətnaməsi olacağı təqdirdə, turnirin bürünc mükafatçısı da belə bir hüquqa yiyələnə bilər.

Dünya kuboku yarışları oktyabrın 4-dək davam edəcək. Turnirin mükafat fondu 1,6 milyon dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.