İDMAN


Üç sərbəst güləşçimiz Avropa çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıb

Bakı, 29 mart, AZƏRTAC

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın üç sərbəst güləşçisi - Turan Bayramov (74 kq), Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) yarımfinala vəsiqə qazanıb.

T.Bayramov səkkizdəbir finalda Ali Umarpaşayevə (Bolqarıstan) qalib gəlib. Daha sonra Aymar Andruseni (Estoniya) məğlub edən təmsilçimiz yarımfinala adlayıb.

A.Abakarov əvvəlcə Denis Balauru (Moldova), sonra isə İvar Samusonoku (Latviya) yenərək adını yarımfinala yazdırıb. O.Nurmaqomedov mübarizəyə dörddəbir finaldan start verib. O, Radoslav Marçinkeviçi (Polşa) məğlubiyyətə uğradıb.

Əvəzində İslam Bazarqanov (61 kq) təsnifat mərhələsində Viktor Lizeni (Almaniya) məğlub etsə də, Georgi Valentinov Vangelova (Bolqarıstan) uduzub. Aydın Əhmədov (125 kq) isə təsnifat mərhələsində Paris Karepi (Albaniya) məğlub etdikdən sonra Robert Barana (Polşa) yenilib.

T.Bayramov finala gedən yolda Taymuraz Salkazanov (Slovakiya), Abakarov Sebastian Yezerjanski (Polşa), O.Nurməhəmmədov Ahmed Batayev (Bolqarıstan) ilə görüşəcək.

Bu gün, həmçinin Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Zirəddin Bayramov (70 kq) isə bürünc medal qarşılaşmasına çıxacaq.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.