İDMAN


Üçqat Olimpiya çempionu olan yaponiyalı qadın güləşçi karyerasını başa vurub

Tokio, 8 yanvar, AZƏRTAC 

Yaponiyalı qadın güləşçi, üçqat Olimpiya çempionu Saori Yoşida karyerasını bitirdiyini bildirib.

AZƏRTAC xəbər verir ki, 36 yaşlı S.Yoşida “Twitter”dəki səhifəsində bu barədə yazıb: “Mən 33 illik karyerama son qoyuram. Dəstəyə görə hamıya minnətdarlığımı bildirirəm”.

O, 2004-cü, 2008-ci və 2012-ci illərdə keçirilən Olimpiya Oyunlarında 55 kiloqram çəki dərəcəsində çempion olub. On üç dəfə dünya çempionu adını qazanan S.Yoşida bu göstərici üzrə həm qadınlar, həm də kişilər arasında mütləq rekord müəyyən edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.