Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Üçrəngli Azərbaycan bayrağının Naxçıvanda əbədi yüksəkliyə qaldırıldığı gün - 17 noyabr 1990-cı il

Üçrəngli Azərbaycan bayrağının Naxçıvanda əbədi yüksəkliyə qaldırıldığı gün - 17 noyabr 1990-cı il

Naxçıvan, 17 noyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il 17 noyabr tarixli Sərəncamına əsasən, hər il noyabrın 17-si Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Bayrağımız qürur mənbəyimizdir

Dövlətçilik ənənələri hələ qədim dövrlərdə mövcud olmuş etnik-siyasi özünütəşkil mədəniyyətinə söykənən xalqımızın bu gün müstəqil bayrağa malik olması onun mənəvi haqqıdır. Bayrağımızı hər bir azərbaycanlının qürur mənbəyinə çevirən də bu müqəddəs rəmzin xalqımızın mübarizlik ruhunun simvolu olmasıdır. Bu ruh Azərbaycan xalqının yenilməz mənəviyyatının ən canlı və ən şanlı təcəssümüdür. Məhz mübarizlik və yenilməzlik ruhu sayəsində tarixin bütün dövrlərində həm də qədim Naxçıvanın timsalında Azərbaycan dövlətçiliyi öz kökləri ilə keçmişinə bağlı olub, tarixi ilə birgə yaşamağı, keçmişi ilə bu gününün vəhdətini yaratmağı bacarıb. Ona görə də dövlətçiliyimiz milli siyasət və ideologiyanın ən mühüm simvolu olan tarixi bayraq ənənəsində də özünün maddi, mənəvi və siyasi mədəniyyətinin əsas özəlliklərini, başlıcası isə ölməz milli ruhunu daim yaşatmaqdadır.

Naxçıvanda formalaşan Azərbaycanın dövlətçilik ənənələri bu gün də yaşadılır

Tarixin bir çox dövrlərində Naxçıvan milli-ideoloji məsələlərdə Azərbaycan dövlətçiliyinin dayağı olub, dövlətçiliyimizin əsas atributlarından biri olan üçrəngli, aylı-ulduzlu bayrağımız tarixdə ikinci dəfə məhz Naxçıvanda yüksəldilib.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında dövlət atributlarına hörmət və ehtiram keçmişdə də yüksək səviyyədə idi, bu gün də yüksək səviyyədədir. Bunun bir səbəbi də şərəfli tariximiz ilə bağlıdır. Beşminillik şəhər mədəniyyəti tarixinə malik Naxçıvan dünya sivilizasiyasına möhtəşəm mədəniyyət nümunələri ilə yanaşı, yüzillər boyu formalaşmış böyük dövlətçilik ənənələrini də miras qoyub. Onuncu əsrdə Naxçıvan şahlığı, on ikinci əsrdə isə Azərbaycan Atabəylər dövləti yaranıb. On səkkizinci əsrdə Azərbaycan ərazisində yaranmış 18 xanlıqdan biri olan Naxçıvan xanlığı isə inzibati idarəçiliyin formalaşmasına xüsusi töhfə verib. İyirminci əsrin əvvəllərində Naxçıvanın müdafiə qabiliyyətinin möhkəmlənməsində və tarixi ərazisinin qorunmasında mühüm xidmətlər göstərmiş, 1 milyondan çox əhaliyə malik olan Araz-Türk Respublikası da tarixi köklərimizdən gələn, Naxçıvan xanlığı dönəmində yeni idarəçilik meyarları ilə zənginləşən dövlətçilik ənənələrimizin əsasında qurulub.

Qeyd etməliyik ki, xanlıqlar dövrü Azərbaycanın milli dövlətçilik tarixində özünəməxsus yer tutur. Ulu öndərimiz Heydər Əliyev böyük uzaqgörənliklə milli dövlətçilik ənənələrimizin öyrənilməsində Azərbaycan tarixinin, o cümlədən Naxçıvan xanlığının tarixinin yenidən tədqiq edilib dəyərləndirilməsini əhəmiyyətli vəzifə hesab edərək deyib: “İndi Azərbaycanın qədim diyarı kimi Naxçıvanın tarixini öyrənmək lazımdır. Məsələn, mən daha çox istərdim ki, Naxçıvan xanlığının tarixi yazılsın. Naxçıvan xanlığının çox böyük tarixi var”.

Naxçıvanda milli dövlətçilik tariximizin öyrənilməsi və təbliği ön plandadır

Son illərdə ətraflı tədqiq olunan Naxçıvan xanlığına dair yeni kitabların, orijinal tədqiqat materiallarının meydana çıxması, ümumiyyətlə, milli dövlətçiliyin öyrənilməsi, təbliğ edilməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Bununla yanaşı, son illərdə Naxçıvan xanlığının dövlət bayrağının müəyyən edilməsi və üzə çıxarılması sahəsində də axtarışların aparılması zərurəti yaranıb. Bu istiqamətdə Bakı, Tbilisi, Ankara, Moskva və Sankt-Peterburq şəhərlərindəki arxivlərdə, muzeylərdə və kitabxanalarda müxtəlif elmi axtarışlar aparılıb. Nəhayət, ilk dəfə olaraq Naxçıvan xanlığına aid iki bayraq müəyyən edilib və üzə çıxarılıb. Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki Dövlət Ermitaj Muzeyində və Artilleriya, Mühəndis Qoşunları və Rabitə Qoşunları Hərb Tarixi muzeylərinin bayraq fondlarında aşkar edilən həmin bayraqlar geniş mənada Azərbaycanın milli dövlətçilik tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bayraqların üzərindəki təsvirlər Naxçıvan xanlığının hərbi-siyasi mövqeyini, strategiyasını tam şəkildə ifadə edir. Bu bayraqlar Naxçıvan xanlığının tarixini öyrənmək, xanlığın hərbi-siyasi hədəflərini, ideologiyasını müəyyən etmək baxımından da əhəmiyyətlidir.

Muxtariyyət tarixi dövlətçilik ənənələrin qorunub yaşadılması istiqamətində atılacaq addımlar üçün zəmin yaradıb

Qədim diyarımızın ən qiymətli sərvətlərindən biri də dövlətçilik ənənələrinin davamı olaraq formalaşan Naxçıvanın muxtariyyətidir. Naxçıvan Muxtar Respublikası milli mənsubiyyətə görə yox, 1918-1924-cü illərdə cərəyan edən daxili və xarici amillərin təsiri altında yaranıb. Naxçıvana muxtariyyət verilməyib, əksinə, naxçıvanlılar bu muxtariyyəti qazanıblar. Naxçıvanın muxtariyyəti ermənilərə qarşı silahlı mübarizə cəbhəsində qazanıldığı kimi, böyük dövlətlərin siyasi oyunlarına qarşı diplomatik mübarizə cəbhəsində də qazanılıb.

Naxçıvan Muxtar Respublikası yarandığı vaxtdan konstitusion səviyyədə özünün atributlarına, o cümlədən Dövlət bayrağına malik olub. 1924-cü ildə qəbul edilmiş “Naxçıvan Sosialist Sovet Respublikası haqqında Əsasnamə”də, Naxçıvan SSR-in 1926-cı, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının 1937-ci və 1978-ci il konstitusiyalarında muxtariyyətin Dövlət gerbi və Dövlət bayrağı haqqında hüquqi müddəalar olub, onların təsvirləri verilib. İlk dəfə olaraq 1998-ci il Konstitusiyasında Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı və gerbi ilə yanaşı, Dövlət himni də təsbit edilib. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 10-cu maddəsində qeyd olunur: “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir”.

Naxçıvanın muxtariyyətə malik olması Azərbaycan dövlətçiliyinin inkişafı, tarixi ənənələrin qorunub yaşadılması istiqamətində atılacaq növbəti əsaslı addımlar üçün də zəmin hazırlayıb. Belə ki, Naxçıvanın muxtar dövlət olması 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə müstəqil respublikamızın üçrəngli bayrağının muxtar respublikanın Dövlət bayrağı kimi qəbul edilməsində heç bir siyasi-hüquqi maneənin olmamasına şərait yaradıb. Beləliklə, müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğu prosesi Naxçıvandan başlanılıb. Ulu Öndərin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin sessiyasında böyük dövlət xadiminin təşəbbüsü ilə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olunması təklif edilib.

Ulu Öndərin təklifi ilə qəbul edilən tarixi qərar

Dahi şəxsiyyətin özünün işləyib hazırladığı və Ali Məclisdə yekdilliklə qəbul olunan “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi Qərarda deyilirdi:

“Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

“1. İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi təsis edilsin.

2. Naxçıvan Muxtar Respublikasının digər Dövlət rəmzi – Dövlət himni və gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin.

3. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağının bütövlükdə Azərbaycan SSR-in Dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin”.

Bundan sonra yeni qəbul olunmuş Dövlət bayrağı zala gətirilib, Azərbaycan Xalq Cümhuriyyətinin 70 il əvvəl endirilmiş ay-ulduzlu üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilib. Ulu Öndər sonralar bu barədə deyib: “Naxçıvanda yaşadığım müddətdə burada cəsarətli addımlar atıldı. 1990-cı il noyabrın 17-də biz Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik etdiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycanın milli bayrağını qaldırdıq. Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən etdik. Hələ kommunist partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarılmalıdır. Çıxardıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır – milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq”.

Milli atributlarımıza böyük sevgi

Müstəqilliyimizin bərpasından keçən dövr ərzində ölkəmizdə milli atributlarımıza hər zaman böyük sevgi ilə yanaşılıb. Dövlətçiliyimizin, milli dəyərlərimizin daşıyıcısı olan müqəddəs bayrağımıza ümummilli ehtiramın formalaşdırılması isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən milli siyasətin aparıcı istiqamətidir. Bayrağımıza olan ümummilli sevgi və ehtiram 2007-ci ildə paytaxt Bakı şəhərində Bayraq Meydanının yaradılması ideyasının reallaşdırılmasına gətirib çıxardı. Ölkə başçısının Azərbaycan bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edildiyi gündə – 2009-cu il noyabrın 17-də imzaladığı tarixi Sərəncam ilə təsis edilmiş Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü müqəddəs bayrağımıza, tarixi keçmişimizə və mənəvi-siyasi dəyərlərimizə, Naxçıvanda formalaşdırılan tarixi dövlətçilik ənənələrinə dövlət səviyyəsində olan diqqətin ən yüksək səviyyədə göstəricisidir.

Dövlətimizin başçısı 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində tarixi dövlətçilik ənənələrinə ehtiramın əhəmiyyətini vurğulayaraq deyib: “Bildiyiniz kimi, Azərbaycan bayrağı, bizim üçrəngli bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsdiq edilmişdir. Məhz noyabrın 9-u Azərbaycanda bundan sonra hər il Azərbaycan Dövlət Bayrağı Günü kimi qeyd olunacaqdır. Hər iki sərəncamın məhz noyabrın 17-də imzalanmasının səbəbi də çox məntiqli və aydındır. Məhz 1990-cı il noyabrın 17-də ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Azərbaycanda dövlət bayrağı kimi qaldırıldı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda dövlət bayrağı kimi təsdiq edildi. Eyni zamanda, o vaxtkı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı və tələb edildi ki, bu bayraq Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilsin.

O vaxt hələ Sovet İttifaqının dağılmasına bir ildən çox vaxt var idi. Bizim müstəqilliyə gedən yolumuz o gündən başlamışdır. Məhz Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir...”

Gənclərimizin ziyarət ünvanı - Dövlət Bayrağı Meydanı və Muzeyi

Çoxəsrlik dövlətçilik tariximizdə qəbul olunmuş rəmzlərin, rəsmi şəkildə istifadə edilmiş bayraqların bütöv bir sistem halında tədqiq edilməsi milli ideologiyamızın əsasını təşkil edən Azərbaycançılıq ideyasının tarixi köklərini və mahiyyətini müəyyənləşdirmək, aydınlaşdırmaq və əsaslandırmaq üçün əvəzsiz mənbədir və böyük əhəmiyyətə malikdir. Bu mənada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il avqustun 22-də imzaladığı Sərəncam böyük tarixi əhəmiyyətə malikdir.

Naxçıvan şəhərində yaradılan və Azərbaycan dövlətçiliyi üçün tarixi əhəmiyyət kəsb edən bir gündə – 2014-cü il noyabrın 17-də Dövlət Bayrağı Meydanı və Muzeyinin açılış mərasiminin keçirilməsi də ulu öndərimiz Heydər Əliyevin yoluna sədaqətin, sevginin təzahürü idi. Dövlət Bayrağı Meydanı və Muzeyinin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Dövlətçilik tariximizdə mühüm yer tutan dövlət rəmzləri və bayraqlar bir tərəfdən nadir dövlətçilik irsinin varisləri kimi bizdə iftixar hissi doğurursa, digər tərəfdən Naxçıvanda mövcud olmuş qədim dövlətlərin tarixini öyrənməyə də geniş imkanlar yaradır. Naxçıvan şəhərində yaradılan Dövlət Bayrağı Meydanı və Muzeyi bu baxımdan mühüm əhəmiyyətə malik olacaqdır”.

Qürur və fəxarət günümüz

Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Odur ki, özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvən yeri sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız milli qürurumuzdur. Noyabrın 17-ni Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd etməklə bir daha bu qüruru, fəxarəti yaşayırıq.

Rauf Əliyev

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 309 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

QAÇQINKOM-un sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

Bakı Kitab Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

“Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqədə iştiraka görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Beynəlxalq müsabiqədə qalib gələn tələbələrə diplomlar təqdim edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi

Hakim partiyaların fəal dialoqu Azərbaycan-Çin münasibətlərinin inkişafına böyük töhfələr verir

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

Azərbaycanda “Elektron kommunikasiya haqqında” qanun layihəsi hazırlanır

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olunub

MEK Özbəkistanda türkdilli xalqlara həsr edilmiş beynəlxalq konfransda təmsil olunub

“Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi barədə məlumatlandırma görüşü keçirilib

Şəhid övladı Novruz tonqalını alovlandırdı

COP29 və elmi-texniki tərəqqi

Özbəkistan istehsal etdiyi yaşıl enerjini Azərbaycan üzərindən ixrac edəcək

Abşeronda Çanaqqala Zəfərinin 109–cu ildönümü qeyd olunub

Yens Stoltenberqin Bakı səfəri NATO-Azərbaycan münasibətlərinə töhfə verəcək – AÇIQLAMA

Qubada qaçış marafonunun qalibləri mükafatlandırılıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası COP29-a dəstək xarakterli təmizlik aksiyası keçirib

ANAMA: Ötən həftə 202 partlamamış hərbi sursat zərərsizləşdirilib

“İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı olub VİDEO

Mirzə Uluqbəy adına Füzuli şəhər tam orta məktəbdə Novruz şənliyi

Gəncədə görmə əlilliyi olan 18 yaşına çatmayan uşaqlar üçün Novruz şənliyi keçirilib

“Sumqayıt”ın legioneri: Mövsümü ikinci yerdə bitirə bilərik

Bakı hava limanı ərazisi Novruz dekorları ilə bəzədilib

Paytaxtda ödəmə terminalı və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb VİDEO

Lənkəranda yeni penitensiar kompleks cəzaçəkmə müəssisələrində sıxlığı aradan qaldırmağa xidmət edir

Bu günədək 31 mindən çox tələbə təhsil krediti alıb

Sosial Xidmətlər Agentliyi ilə Penitensiar xidmət məhkumların cəmiyyətə inteqrasiyası ilə əlaqədar əməkdaşlıq edəcəklər

“Türk sivilizasiyasının dirçəlişi” beynəlxalq elmi konfransı işə başlayıb

Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu yaradılıb

Baş konsul: Türkiyə hər zaman Azərbaycanın yanındadır

Misirdə 2500 il əvvələ aid “Zəbur” kitabı nümayiş etdirilir

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il daha 1500 mənzil və fərdi ev veriləcək

ADAU-da "Qadının cəmiyyətdəki rolu" mövzusunda forum keçirilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib

Ukrayna hökuməti PUA alınmasına 130 milyon dollar ayırıb

"Qlobal Təkrar Emal Günü”ndə “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub VİDEO

Rusiyada səsvermə protokollarının 100 faizi hesablanıb

Martın 1-dən 15-dək 19 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib

Paytaxtın abad məhəllələrində Novruz şənliyi

AzMİU-nun əcnəbi tələbələrinin Novruz sevinci

Masallıda noxud əkini sahəsi iki dəfə artıb VİDEO

® “Coca-Cola” “2030 Su Təhlükəsizlik Strategiyası”nı təqdim edib

NATO-nun Baş katibi Gürcüstanın Baş naziri ilə görüşüb

Samuxda 2000 ağac və 1000 ədəd gül kolu əkilib

Azərbaycanın hər bir çağırışı uğurlu gələcəyə böyük stimuldur - ŞƏRH