MƏDƏNİYYƏT


Üçüncü “Azərbaycanım” rəsm müsabiqəsi davam edir

Bakı, 8 may, AZƏRTAC

Mədəniyyət və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti” (QSC), Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşan “Azərbaycanım” adlı üçüncü respublika rəsm müsabiqəsi davam edir.

AZƏRTAC xəbər verir ki, müsabiqəyə son qeydiyyat mayın 15-də başa çatır. Müsabiqə haqqında ətraflı məlumatı Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (azgallery.az), Xətai Sənət Mərkəzinin saytı (xsm.az) və sosial şəbəkələrdəki hesabları vasitəsilə əldə etmək mümkündür.

İştirak etmək istəyənlər www.xsm.az saytında tədbirlər bölümündəki “Azərbaycanım” afişasına toxunmaqla və ya http://xsm.az/site/azerbaycanimfestival/ linkinə daxil olmaqla 1 və ya 2 əsərinin fotosunu daxil edərək göstərilən anketi doldura bilər.

Qeyd edək ki, müsabiqəyə 21 yaşadək gənc və yeniyetmələr qatıla bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.