Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun “İqtisadi inkişafın humanitar aspektləri” mövzusunda “dəyirmi masa”sında aktual məsələlərdən söhbət açılmışdır VİDEO

Bakı, 1 noyabr (AZƏRTAC). Noyabrın 1-də “Hilton-Baku” otelində Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “İqtisadi inkişafın humanitar aspektləri” mövzusunda “dəyirmi masa” keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, “dəyirmi masa”ya Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev, Böyük Britaniyanın Qlobal Tədqiqatlar Mərkəzinin direktoru, Uorvik Universitetinin fəxri professoru, lord Robert Skidelski və Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü Anatoli Raxanski (Ukrayna) rəhbərlik etmişlər.

Tədbiri açan professor Şəmsəddin Hacıyev bildirmişdir ki, artıq üçüncü ildir ki, keçirilən Bakı Forumu dünya miqyasında mühüm əhəmiyyət kəsb edir. Forum humanitariyanın ən aktual məsələləri üzrə beynəlxalq müzakirə platformasına çevrilmişdir. Hər üç Forumun işində dünyanın siyasi elitasının görkəmli nümayəndələri, Nobel mükafatı laureatları, beynəlxalq təşkilatların təmsilçiləri, tanınmış ictimai-siyasi xadimlər iştirak etmişlər. Diqqəti cəlb edən digər xüsusiyyət Forumun yüksək səviyyədə təşkilidir. Vurğulanmışdır ki, Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu möhtəşəmliyi ilə fərqlənir.

Professor Şəmsəddin Hacıyev bu “dəyirmi masa” çərçivəsində müzakirə edilməsi nəzərdə tutulan mövzular haqqında məlumat vermişdir. Bildirilmişdir ki, iqtisadi məsələlər ictimai inkişafın bünövrəsində durur və iqtisadi inkişafa nail olmadan humanitar sahədə hər hansı irəliləyiş mümkün deyildir. Həmçinin bu iki sahə arasında qarşılıqlı dialektik əlaqə vardır. Bu baxımdan “dəyirmi masa”da müzakirə ediləcək məsələlər böyük əhəmiyyət daşıyır.

Böyük Britaniyanın Qlobal Tədqiqatlar Mərkəzinin direktoru, Uorvik Universitetinin fəxri professoru, lord Robert Skidelski dünyada iqtisadi inkişafın rifah termini ilə eyniləşdirildiyini, lakin bunun səhv fikir olduğunu diqqətə çatdırmışdır. “İnsanlar yüksək inkişaf etməyən cəmiyyətlərdə də xoşbəxt ola bilirlər”, - deyən professor artırılmış gəlirin rifahla mütənasib olmadığı fikrini irəli sürmüşdür. Hər bir cəmiyyətin öz rifah modeli olduğunu deyən britaniyalı alim, bunun səbəbini fərqli aspektlərdən izah etmişdir.

Avropa Şurası Parlament Assambleyasının Ukraynadan olan fəxri üzvü Anatoli Raxanski Bakı Beynəlxalq Humanitar Forumunu çox yüksək qiymətləndirmiş və müzakirə edilən məsələlərin müvafiq problemlərin həllinə öz töhfəsini verəcəyini qeyd etmişdir.

“Dəyirmi masa”nın birinci bölmə iclası “İqtisadi inkişafın dayanıqlılığı problemi: humanitar aspektin prioritetliyi” mövzusuna həsr olunmuşdur. İclasa Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov sədrlik etmişdir.

Bölmədə ABŞ-dan olan professor, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Finn Kidland “Avropa və ABŞ-ı nə düşündürür?”, Almaniya Bundestaqının deputatı xanım Helqa Daub “İqtisadi inkişafın humanitar aspektləri”, Sankt-Peterburq Dövlət İqtisadiyyat Universitetinin rektoru, professor İqor Maksimtsev “İntellektual resurslar Rusiyanın dayanıqlı inkişafının hərəkətverici amili kimi”, Ukrayna Prezidentinin müşaviri Yuri Boqutski “İqtisadi inkişafın humanitar aspektləri”, Belçika Senatının fəxri spikeri xanım Anne-Marie Lizin “İki əlaqəli göstərici: iqtisadi inkişaf və ölkədə qadın və kişilər üçün bərabər potensialın formalaşdırılması”, Litvanın Peruca Universitetinin professoru Saule Auqaytite “İqtisadi inkişafın dayanıqlılıq aspekti”, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru, professor Əvəz Bayramov “Qlobal iqtisadi inkişafın müasir paradiqması”, İtaliyanın Neapol şəhərinin meri Luidci de Magistris “İqtisadi inkişafın dayanıqlılıq probleminin humanitar aspektləri: Neapol modeli” mövzularında çıxışlar etmişlər.

“Dəyirmi masa”nın ikinci bölmə iclası “Qlobal iqtisadi sistemin humanitar problemləri”nə həsr edilmişdir. İkinci bölmənin iclasına Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin rektoru, professor Viktor Qrişin sədrlik etmişdir.

Bu bölmədə “Dünya iqtisadiyyatında yoxsulluq və qeyri-bərabərlik”, “Siyasi iqtisadın müasir humanitar problemləri”, “İqtisadi proseslərin humanistləşdirilməsinin Belarus modeli”, “Həmrəylik və xoşbəxtlik axtarışında”, “Humanizm və dayanıqlı inkişaf”, “Dünya böhranı şəraitində sosial-iqtisadi siyasət: Azərbaycan təcrübəsi və nailiyyətlər”, “Korporativ sosial məsuliyyət münaqişə regionlarında biznes fəaliyyətinə kömək edə bilərmi?”, “Hüquq və iqtisadiyyat: bəzi aktual məsələlər” mövzularında çıxışlar dinlənilmişdir.

“Dəyirmi masa”nın üçüncü bölmə iclası “Qlobal iqtisadi inkişafın yeni mərhələsi: problemlər və perspektivlər” mövzusuna həsr edilmişdir. Bölmə iclasına professor Şəmsəddin Hacıyev sədrlik etmişdir.

Bu bölmədə “Dayanıqlı iqtisadi inkişaf üçün zəruri olan səmərəli idarəçilik”, “Strategiya 2020: innovativ inkişaf modeli – yeni sosial siyasət”, “İnnovasiya, məhsuldarlığın artımı və davamlı iqtisadi inkişafın növbəti hüdudları”, “Azərbaycan iqtisadiyyatının 2020-ci il hədəfləri: sosial yönümlüyün perspektivləri”, “Miqrantların daha yaxşı gələcəyi üçün Meksikada yeni fəaliyyətlər”, “Məcburi köçkün problemi: iqtisadi inkişafda yeni sosial maneə”, “Tarix və təbiət”, “Təminat və xeyriyyəçilik: mənəviyyatın inkişafına dəstək sahəsində Ukrayna ənənəsi” mövzularında çıxışlar edilmiş və müzakirələr aparılmışdır.

“Dəyirmi masa”nın sonunda Forumun Bəyannaməsi qəbul olunmuşdur.

 

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun “İqtisadi inkişafın humanitar aspektləri” mövzusunda “dəyirmi masa”sında aktual məsələlərdən söhbət açılmışdır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar