İQTİSADİYYAT


Üçüncü Bakı Şopinq Festivalının tarixi açıqlanıb

Bakı, 7 mart, AZƏRTAC

Bakıda üçüncü dəfə təşkil olunacaq şopinq festivalının tarixi açıqlanıb.

Azərbaycan Konqreslər Bürosundan AZƏRTAC-a bildirilib ki, növbəti şopinq festivalı mayın 1-dən 31-dək keçiriləcək. Hər zaman olduğu kimi, yerli əhali və turistlər bu festivalda da iştirak etməklə rəngarəng və əlverişli fürsətlər qazanacaqlar. Budəfəki festivalda Bakıda yerləşən 800-ə yaxın mağaza iştirak edəcək. Alıcılar bu mağazalardan yüksək keyfiyyətli geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları yalnız Bakı Şopinq Festivalı günlərində mövcud olan xüsusi kampaniya və endirimlərlə əldə edə biləcəksiniz. Festival zamanı həm yerli, həm də xarici vətəndaşlar endirimlərdən faydalanmaqdan əlavə “Baku Shopping Festival – Tax- Free” nişanı olan mağazalardan etdikləri hər 100 AZN-dən çox alış-veriş zamanı Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən qismini geri ala biləcəklər. Həmin məbləği nağd və bank hesabına - karta köçürmə yolu ilə əldə etmək mümkündür. Beləliklə, Bakı Şopinq Festivalı zamanı bəyəndiyiniz malları digər dövrlərdən qat-qat sərfəli qiymətlərlə ala biləcəksiniz.

Xatırladaq ki, ƏDV qaytarılması yalnız “Baku Shopping Festival – Tax-Free” nişanı olan mağazalarda mümkündür. Bütün bunlarla yanaşı, festival zamanı dəyərli hədiyyələrin oynanıldığı lotereya, həftəsonu əyləncəli oyunlar, moda nümayişləri və digər müxtəlif tədbirlərin təşkili də nəzərdə tutulur.

Qeyd edək ki, Bakı şəhərində yerləşən istənilən mağaza, restoran və kafe Bakı Şopinq Festivalının iştirakçısı ola bilər. Məsələn, müştərilərinə ƏDV qaytarılması imkanı təqdim etmək və ya festivalın təbliğat imkanları vasitəsilə öz brendini tanıtmaq, daha çox yerli və xarici müştəri qazanmaq, habelə ticarət dövriyyəsini artırmaq istəyən sahibkarlar iştirak üçün müraciət edə bilərlər. Festivalın iştirakçısı olmaq istəyənlər [email protected] elektron poçt ünvanı və ya (+99455) 253-63-27, (+99455) 253-63-18 telefon nömrələri ilə əlaqə saxlaya bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.