Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Üçüncü beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları Tufandağda

Bakı, 20 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin tövsiyəsi əsasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkil etdiyi “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III beynəlxalq multikulturalizm məktəbi iyulun 20-də Qəbələdə öz işini davam etdirib.

Yay məktəbinin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

III Beynəlxalq multikulturalizm məktəbi Alban Apostol Kilsəsinin izi ilə

Tələbələr günün birinci yarısında “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”na əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Müəllif Hüquqları Agentliyi və Azərbaycan Alban-Udi xristian dini icmasının birgə təşkilatçılığı ilə Qafqaz Albaniyası ilə bağlı “Alban Apostol kilsəsinin keçmişi və bu günü” mövzusunda beynəlxalq konfransa qatılıblar.

Yay məktəbinin iştirakçıları konfrans çərçivəsində keçirilən plenar iclaslarda iştirak ediblər. İclaslarda Azərbaycan tarixinin orta əsrlər mədəniyyətinin nümunələrindən olan Alban Apostol kilsəsi haqqında ətraflı məlumat verilib. Tələbələr konfrans ərzində Qafqaz Albaniyası və Alban Apostol kilsəsi, Qafqaz Albaniyasının dini arxitekturasında xristian və İslam motivlərinin simbiozu, Alban apostol avtokefal kilsəsinin varisi kimi Azərbaycanın Alban-Udi xristian dini icmasının fəaliyyəti, Qafqaz Albaniyasının mədəni irsinin erməniləşdirilməsi, XVII-XIX əsrlərin Alban Apostol kilsəsi, 1836-cı ildə Alban kilsəsinin ləğv edilməsindən sonra udilərin dini və etnik vəziyyəti və digər məsələlərlə bağlı məruzələr dinləyiblər.

ABŞ-dan araşdırmaçı-jurnalist Peter Teys, Rusiyadan Yevgeniya Şilyayeva və Gürcüstandan Viktor Qoquaşvili konfransın aktual mövzuya həsr olunduğunu bildirərək bu möhtəşəm tədbir vasitəsilə Azərbaycanın multikultural durumunu beynəlxalq ictimaiyyətə çatdırdığını qeyd ediblər.

Kamal Abdullayev: “Biz dostlarımızı doğru seçmişik”

Konfransdan sonra Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev, DQİDK-nın sədri Mübariz Qurbanlı, AMEA-nın vitse–prezidenti, akademik İsa Həbibbəyli və Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov III Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları ilə görüşüblər.

Dövlət müşaviri Kamal Abdullayev tələbələri salamlayaraq onlarla görüşdən məmnun olduğunu bildirib. O deyib: “Bu günlər çox maraqlı və mənalı gündür. Dünən siz Nic kəndinə getməklə artıq yeni bir mədəniyyətin içərisinə daxil oldunuz və bildiyim qədər razı qalmısınız. Deməli, multietnik bölgə olan Qəbələni beynəlxalq multikulturalizm məktəbi üçün əsas məkan seçməkdə yanılmamışıq. Udilərin və Alban-Apostol kilsəsinin tarixi ilə bağlı beynəlxalq konfransda iştirak etdiyiniz üçün sizə təşəkkür edirəm. Bu konfransda iştirakınızla siz Azərbaycan xalqının qədimliyi ilə bağlı yeni maraqlı faktları öyrənmiş oldunuz.

Çox şadam ki, Azərbaycana olan marağınız zamanla məhəbbətə çevrilir, bununla da yeni dostluqların, əməkdaşlıqların təməli qoyulur. Düşünürəm ki, əgər dostlarımız bizim inandığımız həqiqətləri bizdən əvvəl kiməsə deyib sübut edirlərsə, deməli, dostlarımızı doğru seçmişik. Ötən il Los-Ancelesdən Azərbaycana tanınmış ravvin David Volpenin rəhbərliyi altında yəhudi nümayəndə heyəti qonaq gəlmişdi. ABŞ-a geri dönəndə David Volpe gördüklərinə və əyani şahid olduqlarına əsaslanaraq “Azərbaycan Şərqdə multikulturalizm oazisidir” adlı məqalə nəşr etdirdi. Bundan sonra ABŞ-dakı ermənilər və ermənipərəst qüvvələr ravvinə sosial şəbəkələr, mətbuat vasitəsilə təzyiqlər etməyə başladılar. Həmin vaxt David Volpenin müdafiəsinə, dolayısı ilə də Azərbaycan xalqının haqq işinin müdafiəsinə keçən ilki beynəlxalq multikulturalizm məktəblərinin tələbələri qalxdılar. Onlar sosial şəbəkələrdə, mətbuatda ermənipərəst qüvvələrə layiqli cavab verdilər. Bu, onu göstərir ki, deməli, biz dostlarımızı doğru seçmişik. Azərbaycan həm seviləsi, həm də sevimli dostlarını unutmayan ölkədir. Azərbaycan öncəki yay məktəblərinin tələbələrinə olduğu kimi, sizə də ömrünüz boyu dost olmağı təklif edir. Biz sizinlə bu dostluq əlaqələrimizi təkcə indi yox, həmişə davam etdirmək arzusundayıq. Bu multikulturalizm məktəbindən sonra Azərbaycan sizin hamınızın dostuna çevrildi. Dostluğumuza xoş gəldiniz”.

İ.Həbibbəyli, M.Qurbanlı, K.İmanov konfransda iştirak etdiklərinə görə III Beynəlxalq multikulturalizm məktəbinin iştirakçıların təşəkkür ediblər. Onlar xarici tələbələrin müsəlman ölkəsi olan Azərbaycanda kilsə, sinaqoq, məscid, kirxa, buddist və zərdüştilik məbədlərinin bir arada necə fəaliyyət göstərdiyini öz gözləri ilə görmələrinin önəmini qeyd ediblər. Bunları görmək üçün praktik şərait yaratdığına görə beynəlxalq multikulturalizm məktəblərinin bu baxımdan əvəzsiz layihə olduğu diqqətə çatdırılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsinə daxil olan Qəbələ şəhəri 2 saylı tam orta məktəbinin şagirdləri də III Beynəlxalq multikulturalizm məktəbinin tələbələri ilə görüşdə iştirak ediblər.

Əcnəbi tələbələrlə “Terror multikulturalizmə qarşı”

Qəbələdəki “Qafqaz yeddi gözəl” otelində ADA Universitetinin prorektor müavini Anar Vəliyev tələbələrə “Terror multikulturalizmə qarşı” mövzusunda mühazirə oxuyub. Mühazirəçi BBMM-in təşəbbüsü ilə həyata keçirilən “Terror multikulturalizmə qarşı” layihəsinin əhəmiyyətindən bəhs edərək dünyada terrorun, bəşəri cinayətlərin geniş vüsət aldığı bir dövrdə mövzunun aktuallığını vurğulayıb. O, multikulturalizmin alternativi olmadığını bildirib və terror aktlarını dünyadakı milli, dini, irqi, mədəni müxtəlifliyi məhv etməyə yönələn bəşəri cinayət kimi səciyyələndirib. Dünyada multikultural dəyərlərin yayılmasının, multikulturalizmin təbliği və təşviqinin terroru aradan qaldıracağına ümidvar olduğunu bildirib.

Mühazirədə Dövlət müşaviri, akademik Kamal Abdullayev də iştirak edib və Azərbaycan multikulturalizminin xüsusiyyətləri ilə bağlı fikirlərini bölüşüb.

Sonda tələbələr mövzu ilə bağlı fikirlərini bildiriblər, onların sualları cavablandırılıb.

III beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları Tufandağda

Mühazirədən sonra yay məktəbinin iştirakçıları üçün Tufandağ yay-qış turizm istirahət kompleksində kanat gəzintisi təşkil edilib. III Beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları qəbələli gənclərlə birgə Tufandağda istirahət edib, çay süfrəsi arxasında səmimi söhbət aparıblar.

Növbəti “Öz xalqını təqdim et” musiqili axşamının təqdimatçıları Çexiya, Rusiya, Türkiyə və Ukraynadan gələn tələbələr olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya birjalarında neft bahalaşıb

Bu gün basketbol üzrə Azərbaycan Kubokunun sahibi bəlli olacaq

Bakıda "Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” adlı XI beynəlxalq konfrans keçirilir

Xətai rayonunda qətl törədilib

Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək

ABŞ dövlət istiqrazlarının gəlirliliyi geosiyasi risklərə görə azalır

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub VİDEO

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib