ELM VƏ TƏHSİL


Üçüncü ixtisas qrupu üzrə ali məktəblərdə boş qalan plan yerləri açıqlanıb

Bakı, 8 sentyabr, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin 2021-2022-ci tədris ili üzrə qəbul planında III ixtisas qrupunda xarici dil müəllimliyi (fransız, alman, rus dilləri üzrə) və tərcümə (ərəb-Azərbaycan, fars-Azərbaycan dilləri) ixtisasları üzrə 38, Azərbaycan İlahiyyat İnstitutunda isə islamşünaslıq ixtisası üzrə 2 yer boş qalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “Abituriyent” jurnalının 7-ci nömrəsində dərc olunub. Üçüncü ixtisas qrupu üzrə digər ali məktəblərdə də boş qalan plan yerləri açıqlanıb. Belə ki, Qərbi Kaspi Universitetində 12, Bakı Avrasiya Universitetində 4, “Naxçıvan” Universitetində (Naxçıvan şəhəri) isə 5 yer boş qalıb.

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi sentyabrın 10-dək davam edəcək. Abituriyentlər elektron ərizədə ali məktəblərin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.