Üçüncü ölkələr Mariupolun “Azovstal” zavodundan hərbçilərin azad edilməsi üzərində işləyirlər
AzerTAg.az
Kiyev, 13 may, AZƏRTAC
Üçüncü ölkələr Mariupolun “Azovstal” zavodundan hərbçilərin azad edilməsi üzərində işləyirlər. Bu ölkələr xüsusilə İsrail, Türkiyə və İsveçrədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın “Rai 1” telekanalına müsahibəsində məlumat verib.
“Biz dayanmamalıyıq, hər bir insan üçün mübarizə aparmalıyıq. Mülki insanları fabrikdən götürdük, indi yaralılar və sağ qalanlar məsələsi var. Düzünü desəm, ölənləri orada buraxmaq istəmirik, çünki ailələri onları gözləyir ... Rusiyaya məlumat ötürdük. Biz, hətta üçüncü bir ölkəni cəlb etmək mexanizmindən istifadə etdik. İsrail, İsveçrə və Türkiyə bu gün bunun üzərində işləyir", - deyə Zelenski əlavə edib.
Prezident bildirib ki, digər ölkələrin liderləri də bu məsələni Rusiya Prezidenti Vladimir Putinin qarşısında qaldırırlar. Ukrayna tərəfi Mariupolun yaralı müdafiəçilərini rus əsirləri ilə dəyişməyə hazırdır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Xəbərin mətnində orfoqrafik səhv var