DÜNYA


Üçüncü ölkələrdən Latviyaya gələn şəxslər üçün COVID-19 məhdudiyyətləri ləğv ediləcək

Üçüncü ölkələrdən Latviyaya gələn şəxslər üçün COVID-19 məhdudiyyətləri ləğv ediləcək

Riqa, 30 mart, AZƏRTAC

Aprelin 1-dən etibarən üçüncü ölkələrdən Latviyaya gələn şəxslər üçün COVID-19 məhdudiyyətini ləğv ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı ölkə mətbuatı yayıb.

Bildirilir ki, dünyada olduğu kimi, Latviyada da COVID-19-un yayılması azalır və beləliklə, cəmiyyət üçün risklər minimuma enir. Bununla əlaqədar olaraq, Səhiyyə Nazirliyi qeyd edir ki, hazırda Latviyaya girişlə bağlı istənilən məhdudiyyətlərin aradan qaldırılması mümkündür. Eynən bu cür digər Avropa İttifaqı ölkələri də səyahət məhdudiyyətlərindən imtina edirlər.

Eyni zamanda qeyd edilib ki, əhalinin sağlamlığı üçün təhlükə yarada bilən epidemioloji vəziyyətlə əlaqədar olaraq, yüksək risk qrupuna daxil olan ölkələrdən girişə tətbiq edilmiş məhdudiyyətlər qüvvədə qalmaqdadır. Hazırda belə ölkələr yoxdur, lakin haradasa cəmiyyət üçün əlahiddə yüksək riskin yenidən müəyyən ediləcəyi nəzərə alınaraq qaydalarda müvafiq dəyişikliklər edilə bilər. Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzi ictimaiyyəti məlumatlandırmaq üçün yüksək risk qrupuna daxil olan ölkələrin siyahısını dərc etməyə davam edəcək.

Xəbər verildiyi kimi, aprelin 1-dən etibarən Latviyada COVID-19 ilə bağlı digər məhdudiyyətlər də yumşaldılacaq.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.