İQTİSADİYYAT


Üçüncü rübdə SOCAR tərəfindən neft ixracı artıb

Üçüncü rübdə SOCAR tərəfindən neft ixracı artıb

Bakı, 14 oktyabr, AZƏRTAC

Üçüncü rübdə SOCAR tərəfindən 4,5 milyon ton neft ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz yüksək nəticədir.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, şirkət tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də SOCAR-ın özünə məxsus xam neft həcmlərini əks etdirir. Ölkə üzrə ixrac olunan təbii qaz həcmləri daha çox – 48 faiz artırılaraq, 4,4 milyard kubmetr təşkil edib. Hesabat dövründə ölkə daxilində 2,4 milyard kubmetr qaz istehlak olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz çoxdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.