ELM VƏ TƏHSİL


Üçüncü siniflər üçün “İngilis dili” dərsliyinin müzakirəsi aparılmışdır

Bakı, 5 fevral (AZƏRTAC). “İngilis dili” dərsliyinin və müəllim üçün metodiki vəsaitin elmi-metodik monitorinqi ilə bağlı seminar olmuşdur.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, seminarda ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün “İngilis dili” dərsliyinin (dərslik məzmun, dil, üslub, dizayn, bədii tərtibat və tapşırıqların məzmuna uyğunluğu baxımından) və müəllim üçün metodiki vəsaitin müzakirəsi aparılmışdır.

Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri, eyni zamanda, TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba regional bölmələrində həmin bölgələrdən olan müəllimlər internet vasitəsilə videobağlantı əsasında fikirlərini söyləmiş, təkliflər verilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.