İQTİSADİYYAT
Udmurtiyadan Azərbaycana 11 min kubmetrdən artıq taxta-şalban ixrac edilib
Moskva, 12 avqust, AZƏRTAC
Udmurtiyadan Azərbaycana 11 min kubmetrdən artıq taxta-şalban ixrac edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un regional şöbəsinin mətbuat xidmətindən bildirilib.
2022-ci ilin əvvəlindən bəri Udmurtiyada iynəyarpaqlı növdən olan 11,752 min kubmetr qırağı kəsik taxta-şalbanın Azərbaycana göndərilməsinə nəzarət edilib. Azərbaycanın fitosanitar tələblərinə müvafiq olaraq, karantin altında olan bütün məhsul laboratoriya nəzarətindən keçirilib.
Laboratoriya ekspertizası zərərli karantinli orqanizmlərin yoxluğunu göstərib. Məhsulun ixracatı üçün yükgöndərənlərə 115 fitosanitar sertifikatı verilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [15:25]
DGK sədri Misir səfiri ilə görüşüb
- 28.03.2024 [11:05]
Mərkəzi Bank uçot dərəcəsini endirib
- 28.03.2024 [10:03]
Energetika Nazirliyində kollegiya iclası keçirilib
- 28.03.2024 [10:00]
Dünya birjalarında neft bahalaşıb
- 28.03.2024 [09:18]