Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Uduzan erməni diplomatiyası: çaşqınlıqdan yaranan məntiqsiz tezislər

Uduzan erməni diplomatiyası: çaşqınlıqdan yaranan məntiqsiz tezislər

Nikol Paşinyan və onun başçılıq etdiyi hökumətin bir sıra üzvləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ziddiyyətli bəyanatlarla çıxış edirlər. Sirr deyil ki, bu cür bəyanatların reallıqla heç bir əlaqəsi yoxdur və əslində Ermənistan rəhbərliyinin fikirləri bir-birini təkzib edir. Biri münaqişənin artıq həll olunduğundan dəm vurursa, digəri bu istiqamətdə danışıqların intensivləşdiyindən bəhs edir. Aydın görünür ki, işğalçı ölkənin münaqişənin həlli ilə bağlı konkret strategiyası yoxdur. Onlar ağıllarına nə gəldi deyirlər. Bu vəziyyətin yaranması səbəbləri az deyil. Təcrübə göstərir ki, hüquqi baxımdan Azərbaycan tam haqlıdır və bütün beynəlxalq təşkilatlar bunu sənədlərində təsbit edir. Bundan başqa, Yaxın Şərq təcrübəsi də sübut edir ki, münaqişə ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər.

Münaqişələrin həlli: ərazi bütövlüyü prinsipinin alternativsizliyi

Cənubi Qafqaz regionunda geosiyasi dinamikanın sürətlə yeniləşməsi fonunda ekspertlər Ermənistan-Azərbaycan münaqişəsinin həlli imkanlarına yenidən baxmağa çalışırlar. Onlar bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsindən başqa yolun olmadığına əmindirlər. Qlobal miqyasda cərəyan edən geosiyasi proseslərin də məntiqi məhz bu nəticəni təsdiqləyir. Yaxın Şərqdə Suriya və İraqın ərazi bütövlüyünün təmini böyük dövlətlərin şübhəsiz qəbul etdikləri prinsiplərin başında gəlir.

Nümunə kimi Rusiyanın Türkiyə ilə danışıqlarda Suriyanın ərazi bütövlüyünün bərpa edilməsi məsələsini daim qabartmasını göstərmək olar. Moskva Suriyada kürd dövlətinin yaradılmasının mümkün olmadığını açıq ifadə edir. Bununla yanaşı, İran da Suriyanın ərazi bütövlüyü məsələsinə böyük əhəmiyyət verir. Təbii ki, Türkiyə bu prinsipi tam qəbul edir və fəaliyyəti ilə onun reallaşmasına böyük töhfə verir. Hazırda Suriyanın ərazi bütövlüyünün bərpa edilməsində şəhidlər verən yeganə dövlət Türkiyədir.

Bunun fonunda terror qrupları və onların havadarları Türkiyəyə qarşı qarayaxma kampaniyası aparmağa çalışırlar. Onlar türk ordusunun kimyəvi silahlar tətbiq etdiyi fikrini ortaya atdılar. Paralel olaraq hərbi əməliyyat zamanı dinc əhaliyə, tarixi abidələrə zərər dəydiyini dedilər. Lakin BMT-nin uyğun komissiyaları hər iki iddianı rədd etdi və göstərdi ki, bunlar iftiradır. Türkiyə hərbi əməliyyatlar zamanı son dərəcə düzgün davranıb və dinc əhaliyə zərrə qədər də zərər dəyməyib.

Bunların fonunda Xarici İşlər naziri Mövlud Çavuşoğlu BMT-nin Türkiyədəki tədbirində bəyan etdi ki, dünyadakı bütün münaqişələr sülh yolu ilə beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır. Yəni məsələ yalnız Suriya ilə məhdudlaşmamalıdır. Fikirlərini inkişaf etdirən M.Çavuşoğlu Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəallığını daha da artıracağını ifadə etdi. Deməli, Ermənistan-Azərbaycan münaqişəsinin ərazi bütövlüyü prinsipi ilə həll edilməsi şansı getdikcə daha da artır.

Rusiya Suriyada bir kriteriyanı, Cənubi Qafqazda başqasını həyata keçirə bilməz. Suriyada kürd dövlətinin yaradılmasına izin verilmədiyi kimi, Azərbaycanda da erməni dövlətinin yaradılmasına izin verilə bilməz. Həm də ermənilərin buna haqları yoxdur. Onda Azərbaycanın ərazi bütövlüyünün təmini prinsipini Rusiyanın tam olaraq qəbul etdiyi nəticəsini çıxara bilərik. Türkiyənin məsələyə münasibəti çoxdan aydındır. Ankara münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə həll oluna biləcəyini ifadə etməkdədir. İran da fərqli mövqe tuta bilməz. Çünki Suriyanın ərazi bütövlüyünü müdafiə edən Tehran qonşusu Azərbaycana qarşı fərqli düşünə bilməz. Baxmayaraq ki, İran rəhbərliyi Ermənistanla əməkdaşlığa daim üstünlük verir.

Bütün bunlar erməni diplomatiyasını çox çətin vəziyyətə salıb. Rəsmi İrəvan anlayır ki, bütün kartları əldən gedib. Azərbaycan intensiv fəaliyyəti ilə həqiqəti dünyaya çatdırıb və beynəlxalq hüquq da Bakının tərəfindədir. Başqa münaqişələrin həlli təcrübəsi də bir məqamı təsdiq edir: münaqişə ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizama salına bilər. Ermənistan hakimiyyətinin çaşqınlığını son zamanlar münaqişə ilə bağlı məntiqsiz danışması da təsdiq edir.

Ermənistanın müdafiə naziri deyib ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub. Yəni Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən çıxmayacaq və nəticədə İrəvanın istədiyi olacaq. Bu sözlər faktiki olaraq Nikol Paşinyanın bir müddət öncə dediyi "Qarabağ Ermənistandır və nöqtə" cəfəngiyatı ilə eyni statusdadır. Konkret desək, rəsmi İrəvan növbəti dəfə öz havadarlarını zərbə altında qoyur.

Haqlı Azərbaycan: dünyanın qəbul etdiyi həqiqət

Məsələ ondan ibarətdir ki, baş nazirdən sonra müdafiə naziri də danışıqlar prosesini süni və səmərəsiz proses kimi təqdim edir. Belə çıxır ki, ATƏT-in Minsk qrupu və onun həmsədrləri oyuncaqdırlar. Onlar gözə kül üfürmək üçün mövcuddurlar. Başqa sözlə, Ermənistanın havadarları əslində Azərbaycanın başını qatırlar ki, imkan olanda, işğal edilmiş əraziləri Ermənistana qatsınlar.

Həmsədrlər isə başqa şey danışırlar. Onlar münaqişəni həll etmənin Minsk qrupundan başqa formatının olmadığını deyirlər. Bundan başqa, belə çıxır ki, ATƏT yalançı bir siyasi oyunun iştirakçısıdır. Çünki rəsmi İrəvan əmindir ki, Dağlıq Qarabağ məsələsi həll olunub və buna görə də ATƏT problemi həll etməyin imitasiyası ilə məşğuldur.

Digər tərəfdən, baş nazir N.Paşinyan öz qulbeçəsinin dediyini inkar edən fikir söyləyib. O, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətindəki dinamikadan razı qaldığını bildirib. Hesab edir ki, bu aspektdə proseslər daha da intensivləşib. Ancaq bunun nələrdə öz ifadəsini tapdığını deməyib. İndi kim düzünü deyir – baş nazirmi, yoxsa müdafiə nazirimi?

Bizcə, onların hər ikisi yalan danışır. Lakin məsələnin maraqlı tərəfi odur ki, baş nazir faktiki olaraq müdafiə nazirinin yalan danışdığını ifadə edib. N.Paşinyan, görünür, özünün əvvəlki səhvini təkrar etməkdən ehtiyatlanır və bilir ki, havadarları dərisini soya bilərlər. Ən azından hakimiyyəti itirə bilər.

Daha geniş aspektdə açıq görünür ki, rəsmi İrəvanın münaqişənin həlli ilə bağlı konkret strategiyası yoxdur. Kimin ağlına nə gəlir və radikal düşüncəyə necə sərf edir, ondan danışır. Gah danışıqları vəsf edir, gah da “məsələ bitib”, deyirlər. Əslində isə vəziyyət kifayət qədər sürətlə ermənilərin əleyhinə dəyişməkdədir. Bu, bütün səviyyələrdə aydın hiss edilir. Belə ki, Qoşulmama Hərəkatına daxil olan 120 dövlət Ermənistanı təcavüzkar adlandırdı və belə qəbul etdi. Bu, BMT, Aİ, İƏT, Türk Şurası və digər qurumların qəbul etdiyi sənədlərlə bərabər ciddi əhəmiyyəti olan hadisədir. Çünki faktiki olaraq bütün dünya dövlətlərinin Azərbaycanın haqlı olduğunu hüquqi olaraq qəbul etməsinin təsdiqidir. Bu da Azərbaycanın tədbir görməsi üçün daha geniş imkanların meydana gəldiyini göstərir. İrəvan bunu anlayır və təşvişdədir.

Digər tərəfdən, real fəaliyyət sahəsində Suriyanın timsalında gedən proseslər göstərdi ki, münaqişənin Azərbaycanın ərazi bütövlüyünün təminindən başqa variantı yoxdur. Bu faktın məntiqi nəticələrindən biri Türkiyənin diplomatik müstəvidə daha güclü təzyiqlə Ermənistanın işğal etdiyi ərazilərdən çəkilməsinə çalışması olacaq. Ankaranın və Bakının bu istiqamətdə qarşısında dayanacaq güc ola bilməz.

Bunlarla yanaşı, Cənubi Qafqazda sabitliyin təmini Rusiyanın marağındadır. Burada proseslərin qeyri-müəyyənliyə yuvarlanması Moskva üçün əlavə problemlər yarada bilər. Onun artıq ilk siqnalları alınır. Belə ki, Ermənistanda bir anti-Rusiya kampaniyası başlanıb. Onu aparanlar müxtəlif hesabatlar və məruzələrlə Rusiya hərbi kontingentinin Ermənistanda hansı çətinliklər yaratdığı ilə bağlı fikir formalaşdırmağa çalışırlar. Bu, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun İrəvana səfəri zamanı aşkar hiss olunub. Kreml bunlara reaksiya verərək iki ölkə arasında münasibətləri kimlərin korlamağa çalışdığı sualını verir. Moskva açıq bəyan edir ki, aranı Ermənistanda Qərbin sifarişini yerinə yetirən sosial şəbəkə qatır. Deməli, Moskva regionda geosiyasi vəziyyətin sabitlikdən çıxarıla biləcəyindən ehtiyat edir və onun qarşısını almağa çalışır.

Yuxarıda vurğulanan məqamlar onu göstərir ki, Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həlli yeni mərhələyə qədəm qoymaqdadır. Obrazlı desək, artıq, "cidanı çuvalda gizlətmək" mümkün deyildir. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsə, Cənubi Qafqazda çox riskli vəziyyət meydana gələcək. Burada terrora təkan verən proseslər özünü göstərə bilər ki, onun qarşısını almaq xeyli çətin olar. Həmin terror dalğasının Rusiya ərazisinə sıçraya biləcəyinə də şübhə yoxdur. Vəziyyətin bu yöndə inkişafında Ermənistan maraqlıdır. Çünki bütün hüquqi şərtlər, qaydalar və beynəlxalq hüquq Azərbaycanın haqlı olduğunu göstərir. Ermənistan ancaq aranı qatmaqla, suyu bulandırmaqla, qanunsuz addımlarla prosesi ləngidə bilər. Deməli, yeni səviyyədə mübarizə başlayır.

 

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib