İDMAN


Uels milli komandasının nümayəndə heyəti Bakıda səfərdə olub

Bakı, 18 aprel, AZƏRTAC

“Avro-2020”nin final mərhələsində 2 qrup oyununu Bakı Olimpiya Stadionunda keçirəcək futbol üzrə Uels milli komandasının 8 nəfərlik nümayəndə heyəti Bakıda səfərdə olub.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, iki günlük səfər çərçivəsində təşkilatı məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb.

Uelsli qonaqlar məşqlərin keçirəcəyi meydanlara və komandanın məskunlaşacağı otelə baxış keçirib, həmçinin Bakı Olimpiya Stadionunda olublar.

Qeyd edək ki, Uels milli komandası “Avro-2020”nin “A” qrupunda iyunun 12-də İsveçrə, iyunun 16-da isə Türkiyə yığması ilə qarşılaşacaq. Hər iki oyun Bakı Olimpiya Stadionunda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.