İDMAN


Uels millisinin azarkeşi: Bakı kimi gözəl şəhəri görən insan buradan tez getməyi düşünə bilməz

Bakı, 12 iyun, AZƏRTAC

Bakıda olmamışdım. Çox şadam ki, bu şəhərdə daha üç həftə qala biləcəyəm. Çünki Bakı kimi gözəl şəhəri görən insan buranı tez tərk etməyi düşünə bilməz.

Bu sözləri “Avro-2020”nin Bakıdakı oyunlarını izləmək üçün ölkəmizə gələn Uels millisinin azarkeşi Fel Ridli AZƏRTAC-a müsahibəsində deyib.

Uels millisinin oyunu ilə bağlı fikirlərini bölüşən azarkeş deyib: “Möhtəşəm Bakı Olimpiya Stadionunda həyəcanlı qarşılaşma izlədik. Komandamız hesabda geri düşəndə hər bir uelsli kimi mən də çox həyəcanlandım. Lakin futbolçularımız hesabı bərabərləşdirəndə sevincimin həddi-hüdudu yox idi. Çünki olduqca çətin rəqiblərlə bir qrupda mübarizə aparırıq. Ona görə də xal itirməmək çox vacibdir. Qrupda sözsüz ki, favorit İtaliya millisidir. Hesab edirəm ki, qrupu ikinci yerdə başa vuracağıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.