DÜNYA


Uelsdə yüngül mühərrikli təyyarə avtomobil yoluna enərək yanıb

London, 13 may, AZƏRTAC

Uelsin Abergevani bölgəsində yüngül mühərrikli A40 təyyarəsi avtomobil yoluna enərək yanıb.

Yanğını söndürmək üçün hadisə yerinə 19 xilasetmə qrupu cəlb edilib.

Cənubi Uels Yanğın və Xilasetmə Xidmətindən verilən məlumata görə, təyyarədə 3 nəfər olub və onlar yüngül xəsarət alıblar. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbi araşdırılır.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.