İDMAN


Uelsli futbolçu Qaret Beylin “Los-Anceles” klubunda debüt edəcəyi vaxt açıqlanıb

Bakı, 29 iyun, AZƏRTAC

Uelsli futbolçu Qaret Beylin “Los-Anceles” klubunda debüt edəcəyi vaxt açıqlanıb.

AZƏRTAC xəbər verir ki, klubun baş direktoru Con Torrinqton yaxın günlərdə futbolçunun təlim-məşq toplanışına qoşulacağını deyib. Futbolçu “Los-Anceles”in heyətində ilk oyununu iyulun 9-da keçirəcək. Rəqib isə “Los-Anceles Qelaksi” komandası olacaq. Hücumçunun ABŞ-da karyerası Kaliforniya derbisi ilə başlayacaq.

Qeyd edək ki, cari ilin yayınadək Q.Beyl “Real Madrid” klubunun şərəfini qoruyub və 258 matçda meydana çıxıb. Uelsli futbolçu bu müddət ərzində 106 qol vurub və 67 məhsuldar ötürmə edib. Q.Beyl Madrid təmsilçisini azad agent statusunda tərk edib.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.