İDMAN


Ueyn Runi İngiltərə milli komandasındakı karyerasını başa vurub

Bakı, 24 avqust, Elvin Mövsümov, AZƏRTAC

İngiltərə millisinin və “Everton” klubunun futbolçusu Ueyn Runi yığma komandada daha forma geyməyəcini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, “Mançester Yunayted”dən “Everton” klubuna keçid edən U.Runi ötən mövsüm yeni komandanın heyətində gözəl oyunu ilə yadda qalıb. Otuz bir yaşlı futbolçu yeni qərarı ilə onun milli komandanın heyətində çıxış edib-etməyəcəyi ilə bağlı mülahizələrə son qoyub.

Ötən həftə Premyer Liqadakı karyerasında 200-cü qolunu aktivinə yazdıran U.Runi qərarı ilə bağlı danışarkən deyib: “Bu, mənim üçün çətin qərar oldu. Ailəm, menecerim və yaxınlarımla müzakirələrdən sonra belə bir qərar qəbul etdim. İngiltərə millisinin heyətində çıxış etmək olduqca gözəl hissdir. Karyeram ərzində mənə kömək etmiş bütün insanlara minnətdarlığımı bildirirəm. Lakin ayrılmaq vaxtıdır”.

U.Runi Peter Şiltondan (125 oyun) sonra İngiltərə millisində ən çox forma geyən ikinci futbolçudur – 119 matç. Lakin o, 53 qolla milli komandanın heyətində ən məhsuldar futbolçudur. Məşhur futbolçu dünya və Avropa çempionatlarında forma geydiyi 21 matçda qapılara 7 dəfə yol tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.