ELM VƏ TƏHSİL


Ufa Dövlət Neft Texniki Universitetinin tələbələri ADNSU-nun imkanlarını yüksək qiymətləndiriblər

Bakı, 7 dekabr, AZƏRTAC 

Dekabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Ufa Dövlət Neft Texniki Universitetinin (UDNTU) tələbələri ilə görüşüb.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə M.Babanlı rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, tədris və imtahan prosesi haqqında məlumat verib. Ufa Dövlət Neft Texniki Universiteti ilə sıx əlaqələrinin olduğunu vurğulayan rektor bu əməkdaşlıq çərçivəsində tələbə mübadiləsini daha da genişləndirməyin vacibliyini deyib.

Görüşdən məmnun qaldığını qeyd edən UDNTU-nun dosenti Pyotr Kulakov ADNSU-nun maddi-texniki bazası ilə yaxından tanış olduqlarını bildirib.

ADNSU-da təhsil imkanlarını yüksək qiymətləndirən tələbələr səfər müddətində zəngin təcrübə qazandıqlarını vurğulayıblar.

Qeyd edək ki, tələbə mübadiləsi çərçivəsində UDNTU-nun 6 tələbəsi ADNSU-da birhəftəlik təhsil səfərində olub. Səfər çərçivəsində UDNTU-nun dosenti P.Kulakov neft-mexanika fakültəsində seminar keçib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.