REGİONLAR


“Uğurlu karyera könüllülükdən başlayır!” layihəsi Masallıda

Masallı, 14 fevral, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Masallı Rayon Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə Masallı şəhərindəki Gənclər Mərkəzində Gənclər Fondunun 13-cü qrant müsabiqəsinin qalibi olmuş “Uğurlu karyera könüllülükdən başlayır!” layihəsi çərçivəsində növbəti təlim kursu keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihənin həyata keçirilməsində məqsəd könüllülük fəaliyyətini gənclər arasında təbliğ etmək, gənclərin vasitəsilə könüllülüyün daha geniş miqyasda təbliğatını aparmaq, onları cəmiyyətin elmi, mədəni və sosial həyatında iştiraka və könüllü fəaliyyətlərə həvəsləndirməkdir.

Tədbirdə çıxış edən Masallı Rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Mehman Zahidli bildirib ki, Gənclər Fondunun maliyyə dəstəyi ilə Masallı rayonunda reallaşan layihələr rayon gəncləri tərəfindən maraqla qarşılanır və bu kimi layihələr gənclərin hərtərəfli inkişafı baxımından əhəmiyyətlidir.

Layihə rəhbəri Nilufər Mahmudzadə rəhbəri olduğu layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Gənclər Fondu, eləcə də layihə haqqında iştirakçılara ətraflı məlumat verərək, layihənin əsas məqsədinin gənc könüllülər vasitəsilə Könüllülük hərəkatının daha geniş platformalarda təbliği olduğunu bildirib.

Layihənin koordinatoru Elbəy Fətəliyev qeyd edib ki, Könüllülük hərəkatında gənclərin yaxından iştirak etməsi onların həm fərdi inkişafı, həm də vətəndaş cəmiyyətinin uğurla idarə olunması baxımdan olduqca əhəmiyyətlidir. O, gənclərin könüllü olaraq bir sıra idarə və müəssisələrdə, eləcə də gənclər təşkilatlarında yaradılan könüllülük proqramlarına müraciət etmələrini tövsiyə edib.

Təlimçi Rafət Şirəliyev çıxışında könüllülük fəaliyyəti, könüllülüyün istiqamətləri, bu sahəni tənzimləyən qanunvericilik bazası, könüllülük sahəsində yerli və beynəlxalq təcrübə haqqında gəncləri məlumatlandırıb.

Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.