CƏMİYYƏT


Uğurlu neyrocərrahiyyə əməliyyatlarından sonra 27 yaşlı oğlan sağlamlığına qovuşub

Bakı, 16 avqust, AZƏRTAC

Səkkiz il əvvəl xəstənin 19 yaşı olarkən xarici ölkə klinikasında onurğa kanalında yerləşmiş iki ədəd törəmədən biri çıxarılsa da, o birinə toxunulmayıb. Çıxarılmayan törəməni bir il nəzarətdə saxlayan həkimlər onun problem doğurmayacağını güman ediblər.

Respublika Müalicəvi Diaqnostika Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, həmin hadisədən yeddi il sonra belində şiddətli ağrı, yerişin və çanaq orqanlarının ləngimə tipli pozulması ilə əlaqədar müraciət edən xəstənin maqnit-rezonans müayinəsi zamanı vaxtilə çıxarılan törəmənin yenidən inkişaf etməsi, çıxarılmayan törəmənin isə dəfələrlə böyüməsi aşkar edilib. Uzanarkən ağrıların ciddi şəkildə artdığına görə xəstə oturaraq yatmaq məcburiyyətində qalmışdı.

Onurğa beyninin həssas hissəsinin əməliyyatları risklidir, təkrar əməliyyatlar isə daha da təhlükəlidir. Lakin başqa seçimin olmaması əməliyyatı qaçılmaz edib.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin neyrocərrahı Azər Əkbərov yeddi saatlıq əməliyyat nəticəsində yenidən inkişaf edən törəməni xaric edib. Bundan dörd ay sonra isə digər törəmə çıxarılıb. Əməliyyatdan sonra heç bir qüsur izlənilməyib və xəstənin şikayətlərinə son qoyulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.