İDMAN


Uimbldon-2019: Rocer Federer Rafael Nadala qalib gələrək finala vəsiqə qazanıb

Bakı, 13 iyul, AZƏRTAC

“Böyük dəbilqə” seriyasından olan Uimbldon tennis turnirinin ikinci yarımfinalında isveçrəli Rocer Federer ispaniyalı Rafael Nadala qalib gəlib.

AZƏRTAC xəbər verir ki, üç saatdan bir qədər çox davam edən görüş İsveçrə tennisçisi Rocer Federerin 3:1 (7:6, 1:6, 6:3, 6:4) hesablı qələbəsi ilə başa çatıb.

Federer və Nadal ATP turnirlərində 40 dəfə qarşılaşıblar. Bu oyunlardan 16-da isveçrəli tennisçi, 24-də isə ispan tennisçi qələbə qazanıb. Beləliklə, Uimbldon-2019 turnirinin finalında 37 yaşlı isveçrəli 32 yaşlı serbiyalı tennisçi Novak Çokoviçlə qarşılaşacaq.

Turnir iyulun 14-də başa çatacaq. Turnirin ümumi mükafat fondu 49,33 milyon dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.