İDMAN


Uimbldon tennis turnirinin finalçısı Matteo Berrettini Olimpiadada iştirakdan imtina edib

Bakı, 20 iyul, AZƏRTAC

Uimbldon tennis turnirinin finalçısı Matteo Berrettini Olimpiadada iştirakdan imtina edib.

AZƏRTAC xəbər verir ki, italiyalı raketka ustası zədə səbəbindən belə bir addım atmağa məcbur olub.

Qeyd edək ki, bu, ATP reytinqində ilk onluqda qərarlaşan 10 tennisçi arasında 5-ci raketka ustasının imtinasıdır. Berrettiniyə qədər Rafael Nadal, Dominik Tim, Rocer Federer və Denis Şapovalov da Olimpiadada iştirak etməyəcəklərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.