İQTİSADİYYAT
“Ukraine International Airlines” aviaşirkəti Kiyev-Bakı-Kiyev aviareyslərinə başlayır
Bakı, 12 fevral (AZƏRTAC). “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkəti (“Ukraine International Airlines”) Kiyev-Bakı-Kiyev marşrutu ilə birbaşa aviareyslərə başlayır.
AZƏRTAC aviaşirkətlərin saytına istinadla xəbər verir ki, ilk uçuş fevralın 13-də həyata keçiriləcəkdir. Uçuşlar “Boeing-737” tipli avialaynerlə yerinə yetiriləcəkdir.
“Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkəti hazırda Cenevrə, London, Paris, Nitsa, Brüssel, Madrid, Barselona, Almatı, Dubay, Tel-Əviv, Lissabon, Amsterdam, Berlin, Tbilisi, Milan, Roma, Frankfurt, Sürix, Helsinki, Samara, Moskva və Vyanaya aviareyslər yerinə yetirir.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]