DÜNYA


Ukrayna 116 hərbçisini əsirlikdən qaytarıb

Ukrayna 116 hərbçisini əsirlikdən qaytarıb

Kiyev, 4 fevral, AZƏRTAC

Fevralın 4-də Ukrayna daha 116 hərbçisini Rusiya əsirliyindən geri qaytarıb. Onların arasında Mariupolun müdafiəçiləri, Xerson partizanları, Baxmut istiqamətində fəaliyyət göstərmiş snayperlər və digər döyüşçülər var.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak teleqram səhifəsində məlumat yayıb.

Eyni zamanda, Ukrayna həlak olmuş əcnəbi könüllülər Kristofer Metyu Perri və Endryu Tobias Metyu-nun da cəsədlərini geri alıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.