DÜNYA


Ukrayna 2023-cü ildə Avropa İttifaqına üzv olmaq üçün müraciət edəcək

Kiyev, 12 fevral, AZƏRTAC

Ukrayna 2023-cü ildə Avropa İttifaqına üzv olmaq üçün müraciət edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə açıqlamasında Ukrayna Prezidenti Petro Poroşenko məlumat verib. “Mən 2023-cü ildən sonra Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı ictimaiyyət qarşısında öhdəlik götürmüşəm. Daha sonra isə NATO-ya üzv olmaq üçün plan təsdiq ediləcək”, - deyə P.Poroşenko əlavə edib.

Prezident qeyd edib ki, gələn həftə Avropa İttifaqına və NATO-ya daxil olmaq üçün Ali Radanın Konstitusiyaya düzəlişlərə dair qəbul etdiyi qanunu imzalayacaq.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.