DÜNYA


Ukrayna Ali Radasına yeni sədr seçilib

Bakı, 8 oktyabr, AZƏRTAC

Ukrayna Ali Radası sədrinin birinci müavini Ruslan Stefançuk parlamenrin sədri seçilib.

AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu qərar 261 deputat tərəfindən dəstəklənib.

Ruslan Stefançuk Ali Rada sədrinin birinci müavini vəzifəsinə 2019-cu il avqustun 29-da seçilmişdi. “Xalqın xidmətçisi” partiyasının üzvü olan Stefançuk 2019-cu ildən 2021-ci ilədək Prezident Vladimir Zelenskinin müşaviri, dövlət başçısının Ali Radada nümayəndəsi olub.

Xatırladaq ki, Ukrayna Ali Radasının sədri Dmitri Razumkov “Xalqın xidmətçisi” partiyasının təşəbbüsü ilə oktyabrın 7-də istefaya göndərilib. Fraksiya bu təşəbbüsü onun partiyanın proqramına zidd fəaliyyət göstərməsi ilə izah edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.