İQTİSADİYYAT
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Son 15 ildə Azərbaycan iqtisadiyyatının artım tendensiyası heyranedicidir
Kiyev, 15 oktyabr, AZƏRTAC
Son 15 ildə Azərbaycan iqtisadiyyatının artım tendensiyası heyranedicidir.
Bu fikri AZƏRTAC-a açıqlamasında Ukrayna Analitik Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Aleksandr Oxrimenko Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun “On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” adlı məqaləsinə münasibət bildirərkən deyib.
Ekspert Azərbaycanda ötən illər ərzində qeyri-neft sektorunda əldə edilən uğurları xüsusi qeyd edib. O, Azərbaycan rəhbərliyinin enerji resurslarından ölkə iqtisadiyyatının inkişafı və respublikanın gələcəyi ilə bağlı strategiyanın hazırlanıb həyata keçirilməsində istifadə etdiyini diqqətə çatdırıb.
Mərkəzin rəhbəri bildirib ki, Azərbaycan əsasən neft məhsulları ixrac etsə də, son dövrlər yeyinti, maşınqayırma məhsullarının ixracını da artırıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:13]
® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
- 24.04.2024 [18:57]
Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur
- 24.04.2024 [18:31]