DÜNYA
Ukrayna Avropa İttifaqından makromaliyyə yardımının ilk tranşını alıb
Kiyev, 1 avqust, AZƏRTAC
Ukrayna Avropa İttifaqından 500 milyon avro məbləğində makromaliyyə yardımının ilk tranşını alıb, növbəti tranşın sabaha verilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıxal öz telegram kanalında məlumat verib.
"Avropa İttifaqı Ukraynaya 1 milyard avro müstəsna makromaliyyə yardımı göndərib. 500 milyon avroluq birinci tranş artıq Ukrayna Milli Bankının hesabına köçürülüb. İkinci tranşın sabah gəlməsini gözləyirik", - deyə Şmıqal yazıb.
Hökumət başçısı qeyd edib ki, 1 milyard avro Ukraynaya müharibənin nəticələrinin aradan qaldırılması üçün ümumilikdə 9 milyard avroluq dəstək paketinin bir hissəsidir. Vəsaitlər prioritet büdcə ehtiyaclarının maliyyələşdirilməsinə kömək edəcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev