SİYASƏT
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə bi il Nikolayev ,Dnepropetrovsk və Kiyev şəhərlərində keçirilən Novruz şənlikləri ictimaiyyətin yaddaşında silinməz iz buraxmışdır
Bakı, 21 mart (AZƏRTAC). Kiyev şəhərində bir araya gələn Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) fəalları Novruz şənliklərinə Aleya istirahət mərkəzinin önündə qalanmış tonqalın ətrafına toplaşmaqla başlamışlar.
UAGB-dən AZƏRTAC-a verilən məlumata görə, Novruzun əfsavəvi qəhrəmanları olan Keçəl və Kosanın duzlu-məzəli söhbətləri, gənclərin “qara zurna”nın sədaları altında tonqalı dövrəyə alaraq rəqs etmələri bayram şənliyini seyr edən ukraynalıları qədim və füsünkar Novruzun zənginliklərlə dolu nağıllar aləminə qərq etmişdir.
Novruz adət-ənənələrini qoruyub yaşadan xalqların tarixi kökü dünyanın yaranışından qaynaqlanır. Novruz bayramının tarixini ukraynalı həmyaşıdlarına bu fikirlərlə çatdıran birliyin sədri Anar Tahirov, birliyin sədr müavini Cavid Hüseynzadə, fəal gənclərdən Röya Mirzəyeva , Aysel Nağıyeva və Bəhruz Bağırov vaxtilə keçirilməsinə yasaq qoyulmuş Novruz bayramının indi beynəlxalq arenada qeyd olunmasının tarixi əhəmiyyətindən danışmışlar.
Sonra bayram şənliyi Novruz süfrəsi ətrafında davam etdirilmişdir.
######