SİYASƏT
Ukrayna Azərbaycanlılar Konqresi seçkilərə hazırlaşır
Bakı, 6 fevral (AZƏRTAC). Ukrayna Azərbaycanlılar Konqresində (UAK) bu iri diaspor qurumunun rəhbərliyinin seçilməsinə hazırlıq işləri başlanmışdır.
Krım Azərbaycanlılar İcmasının sədri Rəhim Hümbətovun AZƏRTAC-a verdiyi məlumata görə, Ötən şənbə günü Kiyevdə Konqres Məclisinin iclası olmuşdur. İclasda UAK-ın hesabat-seçki konfransının hazırlanması və keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılmışdır.
Hesabat-seçki konfransının bu il may ayında keçirilməsi planlaşdırılır.
Məclisin iclasında Konqresin fəaliyyəti ilə əlaqədar başqa məsələlər də müzakirə edilmişdir.
Xatırladaq ki, UAK-ın sədri İlqar Abbasov keçən ilin oktyabr ayında bu vəzifədən getmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.04.2024 [17:26]
İstanbul valisi: Türkiyə-Azərbaycan münasibətləri yüksək səviyyədədir
- 25.03.2024 [14:40]