DÜNYA
Ukrayna Baltik dənizini və Qara dənizi su yolu ilə birləşdirmək istəyir
Bakı, 14 sentyabr, AZƏRTAC
Ukrayna hökuməti Baltik və Qara dənizin su yolu ilə birləşdirilməsi üzrə layihəni reallaşdırmağı planlaşdırır.
AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Aleksey Qonçaruk Kiyev şəhərində keçirilən “Yalta Avropa Strategiyası” forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, qırx su yolu var və layihənin reallaşdırılması üçün Polşa və Belarus ilə razılığa gəlmək lazımdır.
Hazırda Baltik və Qara dənizi birləşdirəcək su yolunun çəkilməsi məsələsi Belarus, Ukrayna və Polşanın mütəxəssislər və siyasi dairələrində müzakirə edilir. Polşa bu layihəni daha aktiv dəstəkləyir, çünki əsas tikinti işləri onun ərazisində aparılacaq. Mütəxəssislərin fikrincə, üç ölkənin ərazisindən keçəcək kanalların vahid sisteminin uzunluğu 2 min kilometrdən çox olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]