CƏMİYYƏT


Ukrayna Baş Prokurorunun Ofisi ilə əməkdaşlıq uğurla davam etdirilir

Bakı, 22 noyabr, AZƏRTAC

Ukrayna Baş Prokuroru Ofisinin təşəbbüsü ilə noyabrın 18-19-da Kiyevdə kibertəhlükəsizlik mövzusunda Beynəlxalq Forum keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 25 ölkədən 100-dən çox nümayəndənin iştirak etdiyi Forumda Azərbaycan Respublikası Baş Prokurorluğunu Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov və Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Əmir Ocaqverdiyev təmsil ediblər.

Tədbirdə kibertəhlükəsizlik, bu sahədə hazırkı vəziyyət, gələcək meyillər, kibercinayətkarlıqla mübarizə sahəsində beynəlxalq və milli təcrübə, beynəlxalq əməkdaşlıq və digər aktual məsələlər ətrafında səmərəli müzakirələr aparılıb, ekspertlər təcrübələrini forum iştirakçıları ilə bölüşüblər.

Baş Prokurorluğun nümayəndəsi Beynəlxalq Forumda təqdimatla çıxış edərək ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hüquq sahəsində həyata keçirilən uğurlu siyasətin tərkib hissəsi kimi, digər cinayətlərlə yanaşı, kibercinayətkarlıqla mübarizə, bu sahədə müşahidə olunan aktual aspektlər, milli qanunvericilik, onunla mübarizədə yeni imkanlar, çətinliklər və başqa məsələlər barədə iştirakçılara ətraflı məlumat verib, sualları cavablandırıb.

Səfər çərçivəsində Baş Prokurorluğun nümayəndə heyəti ilə Ukrayna Prokurorluğunun Elm-Tədris Mərkəzinin direktoru Olesia Otradnova arasında işgüzar görüş keçirilib.

Görüşdə, həmçinin Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin fəaliyyət istiqamətləri üzrə əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat verilib, hər iki ölkənin prokurorluq orqanları arasında elm-tədris sahəsində əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.