DÜNYA


Ukrayna: Baxmut uğrunda döyüşlər şiddətlənir

Ukrayna: Baxmut uğrunda döyüşlər şiddətlənir

Bakı, 11 mart, AZƏRTAC

Rusiya ordusunun Donetsk vilayətində növbəti hücum əməliyyatları səbəbindən Ukraynanın Baxmut şəhəri uğrunda döyüşlər şiddətlənib.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, şəhərin qərbində yerləşən Konstantinovka rayonu güclü raket atəşinə tutulub. Döyüşlər Baxmutun infrastruktur obyektlərinə böyük zərər vurub: bir çox binalar, avtomobil və dəmir yolu körpüləri dağıdılıb.

Rusiyanın “Vaqner” qrupunun (özəl hərbi kompaniya) muzdluları şəhərin şərqinə nəzarəti ələ keçirdiklərini elan edib. Ukrayna ordusunun Baş qərargahı isə rusların Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çıxmağa can atdığını, lakin onların qarşısının alındığını bildirib.

Son 24 saat ərzində Rusiya Donetsk vilayəti ərazisinə 29 aviasiya və dörd raket zərbəsi endirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.