İQTİSADİYYAT


“Ukrayna Beynəlxalq Hava Yolları” oktyabrın 1-dən Bakıya aviareysləri bərpa edəcək

Kiyev, 17 sentyabr, AZƏRTAC

“Ukrayna Beynəlxalq Hava Yolları” şirkəti oktyabrın 1-dən Kiyev-Bakı-Kiyev aviareysini bərpa etməyi planlaşdırır.

AZƏRTAC aviaşirkətə istinadla xəbər verir ki, “Ukrayna Beynəlxalq Hava Yolları” oktyabrın 1-dən, həmçinin Kiyevdən London, Praqa, Brüssel, Düsseldorf istiqamətinə də uçuşları bərpa edəcək.

Qeyd edək ki, koronavirusun yayılması ilə əlaqədar martın 17-dən Ukrayna və Azərbaycan arasında intensiv təyyarə uçuşları təxirə salınıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.