SİYASƏT


Ukrayna Diplomatik Akademiyasının direktoru: Bakı ilə Kiyev arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir

Kiyev, 18 oktyabr, AZƏRTAC

Bakı ilə Kiyev arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski bunu dəfələrlə bəyan ediblər.

Ukrayna Xarici İşlər Nazirliyi yanında Diplomatik Akademiyanın direktoru Gennadi Nadolenko bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan ilə Ukrayna arasında diplomatik münasibətlər yaradılmasının 30 illiyi barədə sualın cavabında söyləyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası ilə strateji tərəfdaşlıq münasibətləri regionda sabitliyin mühüm amili, həmçinin Ümumavropa təhlükəsizliyinin sanballı elementidir.

Gennadi Nadolenko deyib: “Ukrayna və Azərbaycan energetika, iqtisadiyyat, nəqliyyat və gömrük sahələrində fəal əməkdaşlıq edirlər. Bundan əlavə, biz GUAM çərçivəsində Ukrayna Diplomatik Akademiyası bazasında diplomatların və dövlət qulluqçularının peşə hazırlığı sahəsində də fəal əməkdaşlıq edəcəyik”.

G. Nadolenko vurğulayıb ki, müasir Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğu kimi, müasir Ukrayna da Ukrayna Xalq Respublikasının hüquqi varisidir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.