DÜNYA


Ukrayna Hərbi Dəniz Qüvvələri bu il “Bayraktar TB2” pilotsuz aparatlar kompleksini alacaq

Kiyev, 27 yanvar, AZƏRTAC

Bu il Ukrayna Hərbi Dəniz Qüvvələri Türkiyə istehsalı olan “Bayraktar TB2” pilotsuz aparatlar kompleksini alacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Aleksey Neijpapa Odessa şəhərindəki Türkiyənin “Baykar Makina” şirkətinin nümayəndələri ilə görüş zamanı bildirib.

“Bu il Ukraynanın Hərbi Dəniz Qüvvələri həm quruda, həm də dənizdə fəaliyyət göstərəcək pilotsuz aparatlar kompleksini əldə edəcək”, - deyə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin komandanı vurğulayıb.

“Baykar Makina” şirkətinin Baş direktoru Haluk Bayraktar isə deyib: “Biz pilotsuz uçuş kompleksləri hazırlayırıq. Ukraynaya dəstək olaraq ən son texnologiyaları təqdim edirik. Biz qarşıya qoyduğumuz məqsədlərə birgə nail olmaq üçün Ukrayna tərəfdaşları ilə öz təcrübəmizi həmişə bölüşəcəyik”.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.