SİYASƏT


Ukrayna KİV-ləri Ağdam rayonunun işğaldan azad olunmasına dair xəbərlər yayıb

Kiyev, 20 noyabr, AZƏRTAC

Ukraynanın aparıcı KİV-ləri Azərbaycanın Ağdam rayonunun işğaldan azad olunmasına dair xəbərləri geniş işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, Ukrinform, “RBK-Ukrayna” informasiya agentlikləri, “Segodnya”, “Gordon” və digər portalların yaydıqları informasiyalarda Azərbaycan Silahlı Qüvvələrinin ordu birləşmələrinin Ağdam rayonuna daxil olması barədə məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladıqları üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.

Yazılarda vurğulanır ki, 30 ilə yaxın müddətdə Ağdam rayonu Ermənistanın nəzarətində idi. Bildirilir ki, ermənilər Ağdamı tərk edərkən evləri, məktəbləri, xəstəxanaları yandırıblar.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.