SİYASƏT


Ukrayna KİV-ləri “Qardaş yumruğu” birgə təliminə geniş yer ayırıb

Kiyev, 7 dekabr, AZƏRTAC

Ukraynanın aparıcı KİV-ləri Azərbaycan və Türkiyə hərbçilərinin birgə keçirdiyi “Qardaş yumruğu” təliminə geniş yer ayırıb.

AZƏRTAC xəbər verir ki, “Ukrinform”, “RBK-Ukrayna” informasiya agentlikləri, “TCН”, “ZN” və digər xəbər portallarında dərc olunan məqalələrdə Azərbaycan və Türkiyə hərbçilərinin birgə təliminin əhəmiyyəti vurğulanıb.

Qeyd edilib ki, Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Azərbaycan-Türkiyə birgə təlimi keçirilir.

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.

Məqalələrdə, həmçinin Türkiyənin müdafiə naziri Hulusi Akarın fikirlərinə də yer ayrılıb. Ona istinadla vurğulanıb ki, Azərbaycanda hər hansı təhlükə yaranarsa, Türkiyə ordusu Azərbaycan Silahlı Qüvvələrinin yanında olacaq.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.