DÜNYA


Ukrayna Kommunist Partiyasının fəaliyyəti qadağan edilib

Kiyev, 5 iyul, AZƏRTAC

Ukraynada daha bir siyasi partiyanın fəaliyyətinə xitam verilib.

AZƏRTAC xəbər verir ki, Səkkizinci İnzibati Apellyasiya Məhkəməsi Ukrayna Kommunist Partiyasının fəaliyyətini qadağan edib.

Qərara əsasən siyasi partiyanın bütün əmlakı dövlətin mülkiyyətinə keçəcək. Məhkəmə Ukrayna Ədliyyə Nazirliyinin iddiaları əsasında qərar çıxarıb.

Qeyd edək ki, bundan öncə Səkkizinci İnzibati Məhkəməsi 12 siyasi partiyanın fəaliyyətini qadağan edib.

Məhkəmənin müvafiq qərarları ilə “Sol Müxalifət”, “Şariynin Partiyası”, “Müxalifət Bloku”, “Sosialist”, “Naşi”, “Sosialistlər”, “Vladimir Saldo” bloku, “Derjava”, “Ədalət və İnkişaf”, “Müxalifət platforması - Həyat uğrunda” və “Tərəqqi Sosialist”, "Vahid Rusiya" partiyalarının fəaliyyəti qadağan olunub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.