DÜNYA


Ukrayna MSK prezident seçkilərində Vladimir Zelinskinin qələbəsini elan edib

Bakı, 23 aprel, AZƏRTAC

Ukraynada prezident postuna namizəd Vladimir Zelinski seçkilərin ikinci turunda 73,22 faiz səslə qələbə qazanıb, ölkənin hazırkı Prezidenti Petr Poroşenkonu isə seçicilərin 24,45 faizi dəstəkləyib.

AZƏRTAC Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası bir qədər əvvəl məlumat yayıb.

Qurumun məlumatına əsasən, elektron protokolların 100 faizi hesablanıb və bülletenlərin 2,31 faizi etibarsız sayılıb.

Bu seçkiləri Ukrayna tarixində presedent adlandırmaq olar: indiyədək seçkilərdə heç bir prezident vətəndaşların bu dərəcədə dəstəyini qazanmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.