DÜNYA


Ukrayna MSK-sı protokolların 80,78 faizini hesablayıb – Zelenski 73,09 faiz səs toplayıb VİDEO

Kiyev, 22 aprel, AZƏRTAC

Ukrayna Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turu ilə bağlı protokolların 80,78 faizini hesablayıb.

AZƏRTAC xəbər verir ki, nəticələrə görə, Vladimir Zelenski böyük fərqlə Petro Poroşenkonu üstələyir. Belə ki, seçicilərin 73,09 faizi Zelenskiyə, 24,57 faizi isə Poroşenkoya səs verib.

Prezident seçkilərində 11 milyon seçici səsvərməyə gəlməyib. Bu da seçkilərin birinci turundan bir milyon seçici çoxdur. İkinci turda ümumilikdə seçicilərin 62,07 faizə yaxını səsvermədə iştirak edib.

MSK mayın 1-nə kimi Ukraynanın altıncı prezidentini rəsmən elan edəcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.