DÜNYA


Ukrayna Macarıstana nota verib

Kiyev, 3 dekabr, AZƏRTAC

Ukrayna Macarıstana nota verib.

AZƏRTAC Ukrayna Xarici İşlər Nazirliyinin saytına istinadla xəbər verir ki, Macarıstanın Ukraynadakı səfiri XİN-ə dəvət olunaraq ona nota təqdim edilib.

Notaya səbəb səfirin noyabrın 28-də verdiyi müsahibəsində Macarıstanın Ukraynadakı milli azlığının muxtariyyəti və rəsmi Budapeştin Ukrayna-NATO Komissiyasının fəaliyyətinə mane olmasına dair bəyanatı olub. Rəsmi Kiyev bunu yolverilməz hesab edib.

Qeyd edilib ki, yeni qəbul olunan “Təhsil haqqında” qanun Ukraynada yaşayan macarların hüquqlarını pozmur, əksinə özlərini təsdiq etmək üçün fürsət yaradır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.