DÜNYA


Ukrayna Mərkəzi Seçki Komissiyası iki nəfərin prezidentliyə namizədliyini qeydə almayıb

Kiyev, 12 yanvar, AZƏRTAC

Ukrayna Mərkəzi Seçki Komissiyası Vitali Veliçenkonun və Viktor Farenyukun prezidentliyə namizədliyini qeydə almayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə MSK-nın cümə axşamı keçirilən iclasında qərar qəbul edilib. MSK onların hər ikisinin tələb olunan 2,5 milyon qrivna dəyərində girov qoymadığından, elektron deklarasiyanı doldurmadığından namizədliyini qeydə almayıb.

Hazırda MSK 5 nəfərin prezidentliyə namizədliyini qeydə alıb.

Xatırladaq ki, Ukraynada prezident seçkisi martın 31-də keçiriləcək.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.