SİYASƏT
Ukrayna Parlamenti Krımın Azərbaycan icmasının rəhbərinin təklifini Nazirlər Kabinetinə göndərmişdir
Bakı, 29 fevral (AZƏRTAC). Ukrayna Ali Radası Krımın Azərbaycan İcmasının rəhbərinin miqrantlar barədə təkliflərini Nazirlər Kabinetinə göndərmişdir. Bu barədə icmanın sədri Rəhim Hümbətovun adına Ukrayna Parlamentindən göndərilmiş məktubda məlumat verilir.
Ukrayna prezidentinə ünvanlanmış analoji təkliflər Prezident Administrasiyası tərəfindən ölkənin Xarici İşlər Nazirliyinə göndərilmişdir.
Azərbaycan İcmasının rəhbəri Rəhim Hümbətov miqrasiya ilə əlaqədar vəziyyətin yaxşılaşdırılması və bu sahədə korrupsiyaya qarşı mübarizə barədə təkliflərini Ukrayna Prezidentinin, Ali Radanın və Nazirlər Kabinetinin ünvanına göndərmişdir.