İDMAN


Ukrayna Premyer Liqasının matçı koronavirusa görə təxirə salınıb

Bakı, 14 oktyabr, AZƏRTAC

Futbol üzrə Ukrayna Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilməli olan “İnhulets” – “Rux” matçı təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, buna “Rux” komandasının 7 futbolçusunda koronavirusa yoluxma hallarının qeydə alınması səbəb olub. Klubun gənclərdən ibarət heyətində də yoluxma aşkarlanıb. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Klub rəhbərliyinin qərarı ilə futbolçular qarşıdakı 3 günü öz evlərində keçirməlidirlər. Komandanın məşqləri də ləğv edilib.

“İnhulets” – “Rux” matçı oktyabrın 17-də keçirilməli idi.

Qeyd edək ki, “Rux” hazırda Ukrayna Premyer Liqasının turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.