DÜNYA


Ukrayna Prezidenti Türkiyədə rəsmi səfərdədir

İstanbul, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 16-da Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyəyə rəsmi səfər edib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Ukrayna Prezidenti İstanbulda Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Media üçün qapalı keçirilən görüş əsnasında regional və beynəlxalq problemlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi, müdafiə sektoru və sərbəst ticarət, mövcud əməkdaşlıq əlaqələrinin inkişafı məsələlərinin müzakirəsi, eləcə də iki ölkə arasında hərbi əməkdaşlıq müqaviləsinin imzalanması gözlənilir.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.